Azərbaycan güləşçisi dünya çempionu olub

İdman

16.08.2022 - 20:56

Kənan Heybətov 13:7 hesabı ilə qalib gəlib

Azərbaycan sərbəst güləşçisi Kənan Heybətov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında final görüşünə çıxıb.

AYNA-nın məlumatına görə, 70 kq çəki dərəcəsi üzrə həlledici qarşılaşmada rəqib ABŞ təmsilçisi Miçel Mesenbrink olub. İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan Heybətov ikinci yarıda da üstünlüyünü qoruyaraq, 13:7 hesabı ilə qalib gəlib və karyerasında ilk dəfə dünya çempionu olub.

Qeyd edək ki, daha əvvəl Zirəddin Bayramov 65 kq çəkidə gümüş medal qazanıb. 79 kq-da isə Soslan Tigiyev bürünc medal görüşündə qırğızıstanlı Məhəmməd Abdullayevə 10:18 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.

Müəllif: Ayna.az