Azərbaycan boksçusu dünya çempionatının dörddəbir finalına yüksəlib

İdman

20.11.2022 - 15:13

Sənan Hətəmov səkkizdəbir finalda Nurbek Mursala uduzaraq mübarizədən kənarlaşıb

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında dünya çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından AYNA-ya verilən məlumata görə, mundialın beşinci günündə idmançımız Mehparə Məmmədova (48 kq) ikinci döyüşünə çıxıb. On altıdabir final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxana 5:0 hesabı ilə qalib gəlib. Dörddəbir finalda boksçumuzun rəqibi qazaxıstanlı Gülnaz Buribayeva olacaq.

Digər idmançımız Sənan Hətəmov (67 kq) səkkizdəbir finalda Nurbek Mursala (Qazaxıstan) uduzaraq mübarizədən kənarlaşıb.

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialın qalibləri noyabrın 25-də və 26-da müəyyənləşəcək.

Müəllif: Ayna.az