Azaraq Ermənistana keçən azərbaycanlı əsgərə qondarma cinayət işi açılıb

Xəbərlər

29.02.2024 - 11:14

Pənahov “sərhədi qanunsuz keçmək, qanunsuz silah-sursat gəzdirmək, təxribat törətmək” maddələri ilə ittiham olunur

Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində azaraq Ermənistana keçmiş azərbaycanlı əsgər Ruslan Pənahova Ermənistan İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, R.Pənahov Ermənistan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə - “sərhədi qanunsuz keçmək, qanunsuz silah-sursat gəzdirmək, təxribat törətmək” maddələri ilə ittiham olunur.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual