Azad olunan ərazilərin daha 382 hektarı minalardan təmizlənib

Xəbərlər

06.02.2023 - 13:04

ANAMA minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, yanvarın 30-dan fevalın 4 -dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 0 piyada əleyhinə mina, 7 tank əleyhinə mina və 168 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 382 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az