Ümumilkdə 616,3 hektar ərazi yoxlanılıb
Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (23 oktyabr -29 oktyabr ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, ötən həftə ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.
Əməliyyatlar zamanı 25 ədəd piyada və 56 ədəd tank əleyhinə mina, 2 427 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.
Ümumilkdə 616,3 hektar ərazi yoxlanılıb.