Azad edilmiş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Xəbərlər

27.11.2023 - 16:03

683,5 hektar ərazi minadan təmizlənib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

ANAMA-dan AYNA-ya bildirilib ki, azad olunan ərazilərdə noyabrın 20-dən 26-dək olan müddətdə 73 tank əleyhinə mina, 64 piyada əleyhinə mina, 444 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 683,5 hektar ərazi minadan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş