Azad edilmiş ərazilərdə ötən ay 762 mina aşkarlanıb

Xəbərlər

03.02.2025 - 22:55

Həkimlər Klinikalar SEO Xidməti

3583,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (Yanvar 2025-ci il) açıqıanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 505 piyada əleyhinə mina, 257 tank əleyhinə mina, 1497 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 3583,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş