Azad edilmiş ərazilərdə daha 97 mina aşkarlanıb

Xəbərlər

16.12.2024 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

772 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (09.12.2024 - 15.12.2024) açıqlanıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 612 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 772 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş