“Coco-Cola” tərkibini dəyişir

Maraqlı

08.08.2021 - 03:30

“Coco-Cola”nın 36 ildən sonra tərkibində dəyişiklik ediləcək
 
“Coca-Cola Zero Sugar” yeni ləzzəti ilə Amerikada debüt edəcək. AYNA xarici mediaya istinadən xəbər verir ki, Amerikada “Coca-Cola” içkisi əvvəlki dadında, amma şəkərsiz yeni versiyasasında təqdim ediləcək. Bu isə indidən müzakirələrə səbəb olub. Belə ki, kimi orijinal dadını almasa yeni versiyanı işməyəcəyini, kimi də yeni versiyanı dadmaq üçün indidən həyəcanlandığını deyir. 
 
“Coca-Cola” kimi şirkətlər istehlakçı tendensiyalarını təqib etmək və rəqabətdə öndə olmaq məcburiyyətindədirlər. Ancaq eyni zamanda da sadiq müştərilərini kədərləndirən və onları markadan uzaqlaşdıran hər hansı bir dəyişikliklə risk etmək istəmirlər.
 
Şirkət daha əvvəl 1985-ci ildə “Coca-Cola”nın tərkibində dəyişiklik edib.
 
İndiki halda da tərkibin tam olaraq necə dəyişəcəyi barədə ətraflı məlumat verilməyib. Şirkət Amerikada yeni dadda ləzzətini təqdim etdikdən sonra digər ölkələrdə də satılması planlaşdırılır.
Müəllif: Ayna.az