Aptı Alaudinov: “Bizim bölmələrimiz hələ də Sudjada yerləşir”
Avqustun 14-də “Axmat” xüsusi təyinatlı qüvvələrinin hərbçiləri Kursk vilayətinin Sudja şəhərindən 73 nəfəri təxliyə ediblər. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə çeçen dəstəsinin komandiri Aptı Alaudinov deyib.
“Bizim bölmələrimiz hələ də Sudjada yerləşir. Dünən 73 nəfər birbaşa mənim bölük komandirim vasitəsilə əlaqə saxladı”, - Alaudinov bildirib.
Xüsusi təyinatlılar komandirinin sözlərinə görə, döyüşçülər qadınlar, yaralılar və çağırışçılar da daxil olmaqla onlarla yerli sakini şəhərdən çıxarıblar.
Bundan əvvəl Alaudinov bildirib ki, Kursk vilayətində Ukrayna qoşunlarının qüvvələri hər gün azalır.
Alaudinov daha əvvəl demişdi ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrini “gözəl” qarşılayır.