Con Felan Pit Heqset ilə fikir ayrılıqlarına görə vəzifəsindən azad edilib
ABŞ Hərbi Dəniz Qüvvələri katibi Con Felan Pentaqon rəhbəri Pit Heqset ilə fikir ayrılıqlarına görə vəzifəsindən azad edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” ABŞ ordusundakı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Felan və Heqset yola getmirmişlər".
"Felan özünün rəhbər olmadığını anlamırdı. Onun işi verilən əmrləri yerinə yetirmək idi, verməli olduğunu düşündüyü əmrləri yox", - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, Felanın ABŞ Prezidenti Donald Trampla "yaxşı münasibətləri" var, lakin Heqset keçmiş Hərbi Dəniz Qüvvələri katibinin birbaşa Prezidentə hesabat verərək "itaətsiz" olduğunu güman edib.
“Axios” Pentaqon rəhbərinin Felanı faktiki olaraq işdən çıxardığını yazıb.