AXCP sədrinin müavini oğurluğa görə saxlanılıb

Xəbərlər

07.06.2024 - 11:23

cedabet dərman SEO Xidməti

DİN Ayaz Məhərrəmovun niyə saxlanılmasına aydınlıq gətirib

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmov Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb.

AYNA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyindən bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib.

Fakt üzrə araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş