Avtoxuliqanlıq edən daha bir sürücü saxlanılıb

Xəbərlər

16.12.2024 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

Onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub

Bakının Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindəb (DİN) bildirilib.

Qeyd olunub ki, "Hyundai" markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarına əsasən, E.Şərifovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.

Qeyd edək ki, gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan VAZ-21074 markalı, 99-TD-097 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Muhəmmədəli Bayışlı saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş