Faktla bağlı araşdırma aparılır
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, qəza şəhərin giriş hissəsində Sülh küçəsində qeydə alınıb.
"Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək, Sülh prospektində yolu keçən gənc oğlanı vurub. Qəza nəticəsində piyada - 1993-cü il təvəllüdlü Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən ölüb.
Mikroavtobusun sürücüsü piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yol kənarındakı işıq dirəyinə çırpıb.
Sürücü - 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və sərnişin - 1995-ci il təvəllüdlü Aidə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.