Avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə

05.06.2021 - 17:04

Həkimlər Klinikalar SEO Xidməti

Nəqliyyat vasitəsinin rayon ərazisində tapılması təmin olunub

 

Sabirabadda avtomobil qaçıran şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, iyunun 4-ü gecə saatlarında Sabirabad rayonu Yenikənd kənd sakini M.Allahverdiyev DİN-in "102 Zəng Mərkəzi"nə müraciət edərək ona məxsus “Niva” markalı avtomobilinin qaçırıldığı barədə məlumat verib.

 

Məlumatla əlaqədar Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin rayon ərazisində tapılması təmin olunub.

 

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş