Faktla bağlı Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır
Lerik rayonunda ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə dekabrın 17-də saat 18 radələrində Lerik rayonunun Babagil kəndi ərazisində qeydə alınıb.
Rayon sakini M.Qurbanovun idarə etdiyi “Kia” markalı avtomobil körpüdən çaya aşıb. Nəticədə sərnişinlərdən Nazim Ağayev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı Lerik Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.