Avropa Ukraynaya 500 milyon avro ayıracaq

Dünya

13.08.2025 - 19:58

Alınan vəsait Ukraynaya qışın ən soyuq günlərində vətəndaşlarını işıq və istiliklə təmin etməyə imkan verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Ukraynanın "Naftoqaz" şirkətinə qarşıdan gələn qışda qaz almaq üçün 500 milyon avro kredit ayıracaq. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Svırıdenko öz “Telegram” kanalında məlumat verib.

Svırıdenko bu müqavilənin bank tarixində ən böyük müqavilə olduğunu vurğulayıb.

Alınan vəsait Ukraynaya qışın ən soyuq günlərində belə vətəndaşlarını işıq və istiliklə təmin etməyə imkan verəcək.

“Lakin ən əsası odur ki, ilk dəfədir ki, belə bir kredit Ukraynanın dövlət zəmanəti olmadan Aİ-nin zəmanəti ilə verilir”, o əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş