“Avropa Kiyevin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamalıdır”

Dünya

17.08.2025 - 23:44

ABŞ hesab edir ki, Avropa Qərb tərəfindən Ukraynaya mümkün təhlükəsizlik zəmanətlərinin verilməsində əsas rol oynamalıdır. AYNA.AZ “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox” televiziyasının efirində deyib.

"Düşünürəm ki, Avropanın son nəticədə oynaya biləcəyi rol Ukraynanın danışdığı təhlükəsizlik zəmanətlərinə aiddir. Onlar (avropalılar - red.) bu baxımdan əsas element olmalıdır", - deyə Rubio bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş