Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb
Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozef Borrell Gürcüstan hakimiyyətini LGBT təbliğatına qadağa və cinsiyyətin dəyişdirilməsi ilə bağlı qanunu ləğv etməyə çağırıb. Onun sözlərinə görə, bu, “ölkəni Aİ yolundan daha da azdırır”.
AYNA xəbər verir ki, Borell bu mövqeyini “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Gürcüstan Parlamenti insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkilik və damğalanmanı artıracaq “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib. Gürcüstanı ölkənin Aİ-yə gedən yolunu daha da pozan bu qanunu ləğv etməyə çağırıram”, - Borrell yazıb.