Avropa İttifaqı TRIPP layihəsinə sərmayə qoymağa hazır olduğunu bəyan edib

Aktual

17.10.2025 - 14:41

“Biz öz resurslarımızı "Tramp marşrutu" layihəsi çərçivəsində yatırmağa hazırıq"

Avropa İttifaqı (Aİ) “Tramp marşrutu” layihəsinə (TRIPP -  Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) əlaqəni təşviq etmək üçün öz alətlərini təqdim etməyə hazırdır. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos bildirib.

"Avropa İttifaqı avqustun 8-də Vaşinqtonda keçirilən tədbirləri və görüşləri alqışladı və biz bu təşəbbüsləri və qarşılıqlı fəaliyyəti dəstəkləməyə hazır olduğumuzu bildirdik. Biz öz resurslarımızı "Tramp marşrutu" layihəsi çərçivəsində yatırmağa hazırıq", - Maraqos bildirib.

Səfir əlavə edib ki, Aİ Cənubi Qafqazda sülhü dəstəkləyir: “Biz sülhün gəlişindən çox məmnunuq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş