Səfir Mariyana Kuyundziç soyqırımı ilə bağlı paylaşım edib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç Xocalı soyqırımı ilə bağlı Azərbaycana başsağlığı verib. AYNA.AZ xəbər verir ki, diplomat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Xocalı faciəsi zamanı həyatını itirən günahsız qadınların, kişilərin, uşaqların və qocaların xatirəsini ehtiramla yad edir. Nümayəndəlik dərin hüznlə başsağlığı verir və barışığın, davamlı sülhün əhəmiyyətini vurğulayır”, - səfir vurğulayıb.