İttifaq Moskvanı qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyə çağırıb
Avropa İttifaqı Ukrayna-Rusiya sərhədində yaranan vəziyyətin təhlükəli olduğunu açıqlayıb. AYNA TASS-a istinadən bildirir ki, qurum Rusiyanı qoşunlarını sərhəddən geri çəkməyə çağırış edib.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali rəhbəri Cozef Borrel deyib ki, Ukrayna ilə sərhəddə yaranan vəziyyət çox təhlükəlidir: “Ona görə də, Rusiyanı qoşunlarını Ukrayna ilə sərhəddən geri çəkməyə çağırırıq”.