Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Dünya

30.09.2024 - 16:42

Həkimlər Klinikalar SEO Xidməti

“Aİ səfirləri çərşənbə günü Rusiyaya qarşı hibrid təhdidlərə yönəlmiş yeni tematik sanksiyalar rejimi ilə bağlı razılığa gələcəklər”

Avropa İttifaqının (Aİ) hakimiyyət orqanları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun redaktoru Rikard Jozviak “X” sosial şəbəkə hesabında yazıb.

“Aİ səfirləri çərşənbə günü Rusiyaya qarşı hibrid təhdidlərə yönəlmiş yeni tematik sanksiyalar rejimi ilə bağlı razılığa gələcəklər. Sanksiyalar gələn həftə rəsmiləşdiriləcək. Hələlik adlar yoxdur, lakin gələcəkdə əlavə olunacaq”, - deyə redaktor yazıb.

Jozviak əlavə edib ki, Aİ ölkələri əvvəlcə ümumi sanksiyalar rejimi tətbiq etmək istəyiblər, lakin sonda bunun Rusiya təhdidlərinə diqqət yetirmək üçün tematik sanksiyaya razılaşıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş