“Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların bir daha uzadılması ilə bağlı razılığa gəliblər”
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini altı ay müddətinə uzadıb. AYNA xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaja Kallas “X” sosial şəbəkə hesabında yazıb.
“Avropa İttifaqının xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların bir daha uzadılması ilə bağlı razılığa gəliblər”, - Kallas qeyd edib.
Bildirilir ki, sanksiyaların müddəti 2025-ci il yanvarın 31-də başa çatmalı idi.
Macarıstan bundan əvvəl Rusiyaya qarşı iqtisadi sanksiyaları bloklamaqla hədələmişdi. Həmin ərəfədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirmişdi ki, ölkə Avropa Komissiyasından enerji təhlükəsizliyinə zəmanət alıb-almamasından asılı olaraq Rusiyaya qarşı sanksiyaların uzadılmasına qərar verəcək.
Rəsmi Budapeştin qərara veto qoymadığı üçün güman olunur ki, Avropa Komissiyasından enerji təhlükəsizliyi zəmanəti alıb.