Avropa İttifaqı Qəzzaya yeni yardım paketini açıqlayıb

Dünya

16.01.2025 - 21:19

Həkimlər Klinikalar SEO Xidməti

Yardım paketinə qida, tibbi yardım, sığınacaq yardımı, su, kanalizasiya və gigiyena dəstəyi daxildir

Avropa İttifaqı (Aİ) Qəzza zolağına 120 milyon avro dəyərində yeni yardım paketini açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Aİ-nin saytında yerləşdirilən məlumatda qeyd olunub.

Bildirilib ki, yardım paketinə qida, tibbi yardım, sığınacaq yardımı, su, kanalizasiya və gigiyena dəstəyi daxildir.

Qeyd olunub ki, Aİ yardımın sürətlə çatdırılmasını təmin etmək üçün BMT agentlikləri və digər humanitar tərəfdaşlarla sıx əməkdaşlıq edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş