“İranın aviasiya sektorunda məhdudlaşdırıcı tədbirlər də nəzərdən keçirilir”
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cozef Borrell deyib.
“Avropa İttifaqı təcili və beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə, o cümlədən İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi yolu ilə cavab verəcək. Bununla bağlı İranın aviasiya sektorunda məhdudlaşdırıcı tədbirlər də nəzərdən keçirilir”, o qeyd edib.