Avropa İttifaqı Ermənistan-Türkiyə işçi qrupunun iclasını alqışlayıb

Dünya

29.04.2026 - 14:47

"Avropa İttifaqı regionda əlaqənin inkişafında və Ermənistanla Türkiyə arasında tam normallaşma yolunda atılan addımı tam dəstəkləyir"

Gümrü-Qars dəmir yolunun bərpası və yenidən açılması üzrə Ermənistan-Türkiyə Birgə İşçi Qrupunun dünənki iclasını səmimi qəlbdən alqışlayırıq. AYNA.AZ xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono öz sosial şəbəkə hesabında yazıb.

Aİ-nin xüsusi nümayəndəsi həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) iclasla bağlı açıqlamasını dərc edib.

O qeyd edib ki, "Avropa İttifaqı regionda əlaqənin inkişafında və Ermənistanla Türkiyə arasında tam normallaşma yolunda atılan bu vacib yeni addımı tam dəstəkləyir".

Qüeyd edək ki, dünən Gümrü-Qars dəmir yolunun bərpası və yenidən açılması üzrə Ermənistan-Türkiyə Birgə İşçi Qrupunun iclası keçirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş