Atmosferə tullantı atan məsul şəxs cəzalanıb

Xəbərlər

17.08.2020 - 13:58

İdarənin məsul işçisi 2500 manat məbləğində cərimə olunub

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsində fəaliyyət göstərən 1 saylı Yol İstismarı İdarəsinə məxsus asfalt-beton qurğusundan atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.

 

AYNA-nın xəbərinə görə, Xidmətin rəis müavini Ramal Bağıov bildirib ki, faktla bağlı idarənin məsul şəxsi Hidayət Rzayev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.

 

Təmizləyici qurğunun quraşdırılması üçün idarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

Müəllif: Ayna.az