Atambayev bəraət aldı

Dünya

28.06.2022 - 19:23

Məhkəmə Qırğızıstanın sabiq Prezidentini günahsız sayıb

Bişkek Pervomaysk Məhkəməsində Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevlə bağlı cinayət işinə baxılıb. AYNA xarici mediaya istinadən bildirir ki, keçmiş Prezident 2020-ci ildə iğtişaşların təşkili üzrə cinayət işində bəraət qazanıb.

Məhkəmənin qərarında qeyd edilib ki, Atambayev bu iş üzrə təqsirsizdir.

Xatırladaq ki, dövlət ittihamçısı sabiq Prezident üçün 12 il həbs cəzası tələb edirdi.

Qeyd edək ki, A.Atambayev 2020-ci ilin oktyabrında keçirilmiş Prezident seçkilərindən sonrakı iğtişaşların təşkilində ittiham olunaraq tutulmuşdu.

Müəllif: Ayna.az