Astarada 6 otaqlı ev yanaraq külə dönüb

Hadisə

17.04.2024 - 20:21

Texnikalar yol olmadığından hadisə yerinə çata bilməyib

Astarada 6 otaqlı ev yanaraq külə dönüb. AYNA-nın “Report”a istinadən məlumatına görə, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib.

Belə ki, Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb.

FHN Astara Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə iki mərtəbəli 6 otaqlı yaşayış evi bütünlüklə yanıb.

Yanğının səbəbi araşdırılır.

Müəllif: Ayna.az