AŞPA rəsmisi: “Bərdəyə edilən hücumlar faciədir”

Xəbərlər

30.10.2020 - 12:05

Fridez: “Dağlıq Qarabağ ətrafında münaqişənin humanitar nəticələri dərin narahatlıq yaradır”

 

Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. AYNA-nın xəbərinə görə, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez bəyan edib.

 

O, Azərbaycanın Bərdə şəhərinə 21 nəfərin ölümü ilə nəticələnən hücumu faciə adlandırıb: “Dağlıq Qarabağ ətrafında münaqişənin humanitar nəticələri dərin narahatlıq yaradır”.

 

“Münaqişə tərəflərinin təkcə atəşkəs razılaşmasına deyil, həmçinin, ona əməl edilməsinin vacibliyini anlamalıdırlar. Əks halda vəziyyət daha da pisləşəcək. Bütün tərəfləri bu münaqişənin humanitar təsirini minimuma endirmək üçün lazımi tədbirləri görməyə çağırıram”, - deyə Fridez qeyd edib.

 

O, hökumətlərin bütün aidiyyəti humanitar təşkilatlarla tam əməkdaşlıq etməyə, BQXK və BMT agentlikləri, BMQT, həmçinin digər beynəlxalq və milli qeyri-hökumət təşkilatları da daxil olmaqla dəstək vermələrinə imkan yaratmalarının vacibliyini vurğulayıb.

 

AŞPA nümayəndəsi vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən yaxından izlənilməsini təmin etmək üçün məsələni Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin gündəliyinə saldığını da qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş