Avropalı parlamentarilər AŞPA prezidentinin müraciətini dinləyiblər
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası sentyabrın 30-da qurumun Büro iclası ilə başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, sessiya siyasi qrupların iclasları ilə davam edib.
Payız sessiyasının plenar iclasında toplaşan avropalı parlamentarilər AŞPA prezidentinin müraciətini dinləyiblər.
İclasda Assambleyanın Belçika və San-Marino üzrə vitse-prezidentlərinin seçkisi keçirilib.
Plenar iclas komitələrin tərkibindəki dəyişiklikləri nəzərdən keçirməklə davam edib. Təcili debatlarla bağlı tələb olunan mövzulara baxılıb. Təcili debatlar üçün “Rusiya-Ukrayna müharibəsi nəticəsində itkin düşmüş şəxslər: hərbi əsirlər və əsirlikdə olan mülki şəxslər”, “Qəzzada qadınların və uşaqların sağlamlıq və humanitar vəziyyətinin aktuallığı” kimi mövzular irəli sürülüb. Parlamentarilər müzakirələrdən sonra payız sessiyasının gündəliyini təsdiqləyiblər.