AŞPA Gürcüstanda keçirilən seçkiləri tənqid etdi

Dünya

28.10.2024 - 03:44

Həkimlər Klinikalar SEO Xidməti

“Seçki məntəqələrindən kənarda, xüsusən də kəndlərdə rüşvət, seçicilərə təzyiq və hədə-qorxu gəlmə halları oldu”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçi missiyası Gürcüstanda keçirilən parlament seçkilərində səsvermə günü iki fərqli hal müşahidə edib. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə nümayəndə heyətinin rəhbəri Culian Bulay deyib.

“İki hal var idi. Biri səsvermə prosesinin yaxşı təşkil olunduğu məntəqənin içərisində, digəri isə məntəqələrdən kənarda. Seçki məntəqələrindən kənarda, xüsusən də kəndlərdə rüşvət, seçicilərə təzyiq və hədə-qorxu gəlmə halları oldu. Bütün bunlar dövlət qurumlarının seçkilərə qərəzsizliyi ilə bağlı suallar doğurur”, - Bulay bildirib.

“Biz seçki şəraiti, xüsusən də seçkinin nəticələrinə etimadı sarsıdan qeyri-bərabər şərtlərlə bağlı narahatlığımızı bildiririk. Bu problemlər səlahiyyətli orqanlar tərəfindən həll edilməlidir”, - deyə AŞPA rəsmisi vurğulayıb.

AŞPA nümayəndə heyətinin rəhbəri hesab edir ki, bütövlükdə seçkilərin keyfiyyəti seçkiqabağı dövrü əks etdirir: “Bu seçkilər yüksək qütblü siyasi və media mühiti, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı nifrət dolu ritorika və Prezident Administrasiyasına qarşı antaqonizmlə yadda qaldı. Seçkilərin keyfiyyəti seçkiqabağı dövrü əks etdirdi”.

Beynəlxalq müşahidəçilər həmçinin “hakim partiya arasında maliyyə resurslarının əhəmiyyətli balanssızlığını” qeyd ediblər. Onların fikrincə, bu, "onsuz da qeyri-bərabər oyun sahəsinə töhfə verib".

Eyni zamanda, onlar vurğulayıblar ki, qanunvericilikdə, o cümlədən “Xarici agentlər” haqqında qanunda edilən dəyişikliklər seçkilər öncəsi fundamental azadlıqlara və vətəndaş cəmiyyətinə mənfi təsir göstərib.

Digər mənfi tendensiya seçkilərin işıqlandırılmasında aşkar siyasi qərəzlilik və medianın siyasətçilərdən maliyyələşmədən asılılığıdır.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkiləri üzrə beynəlxalq müşahidə missiyası 42 ölkədən 529 müşahidəçidən, o cümlədən 380 ATƏT-in DTİHB eksperti, uzunmüddətli və qısamüddətli müşahidəçilərdən, 60 parlamentari və ATƏT PA-nın əməkdaşlarından, AŞPA-dan 39, NATO-dan 38 nəfərdən ibarət olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş