"ASAN xidmət" vətəndaşlara müraciət edib

Xəbərlər

27.05.2022 - 14:52

Xidmət sabah işləməyəcək

"ASAN xidmət" vətəndaşlara müraciət edib. Xidmətdən AYNA-ya verilən məlumata görə, 28 May - Müstəqillik Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür.

Mayın 29-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, “ASAN kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Müəllif: Ayna.az