"ASAN imza" və onun dəxli olmadığı "ASAN" ailəsi

Xəbərlər

31.01.2020 - 18:10

Həkimlər Klinikalar SEO Xidməti

"Best Solutions" bundan ASAN ailəsinə, onların hansısa bir tədbirinə və ya layihəsinə, startap ekosistemin inkişafına hansısa bir köməklik edirmi?

 

Bu nəhənglikdə ASAN ailəsində ASAN-a dəxli olmayan yalnız bir şey var: ASAN İmza. Zamanında bu layihənin toxunulmazlığını təmin etmək üçün maraqlı şəxslər ASAN ailəsinə dəxli olmayan bu adı, hələlik yeganə olan mobil imzaya “yapışdıra” biliblər.


Yalnız diqqətli olanlar seçə bilərdilər ki, ötən gün ASAN ailəsinin hesabatında bütün ASAN-ların uğurundan danışıldı, yalnız ASAN imzadan başqa. Çünki onun ASAN-a dəxli yoxdur.

 

Maraqlıdır, görəsən ASAN imzaya görə iki il bundan öncəki əsassız qiymət artımından sonra, hər ay 0.5 milyon manat qazanan "Best Solutions" bundan ASAN ailəsinə, onların hansısa bir tədbirinə və ya layihəsinə, startap ekosistemin inkişafına hansısa bir köməklik edirmi? Bildiyim qədər belə bir hal olmayıb.

 

O da maraqlıdır ki, heç bir əsas olmadan da ASAN imzanın dairəsi məcburən genişləndirilir.


Təsəvvür edin ki, adi bir daxmada yaşayan kirayənişin də yeni elan olunan kirayə mənzillər mexanizmi layihəsinə qoşulub mənzil almaq istəsə, mütləq xeyli xərc çəkib "ASAN imza" əldə etməlidir.


Təbii ki, bununla bitməyəcək. Mövcud "ASAN imza" sistemi, artıq onu necə deyərlər “asılı” vəziyyətə salır, yazıq kirayənişin hər ay da 2.5 manat "ASAN imza" üçün ödəniş etməlidir.

 

Bəs nə üçün ASAN ailəsi özünə aid olmayan bu adın, həm də mənfi imic formalaşdrımaqla hər ay xeyli mənfəət əldə edən bu brendin dəxli olmayan bir qurumun, xarici vətəndaşa məxsus qurumun istifadəsində olmasına barışır.


Düzü, özüm də bunu bilmirəm. Amma düşünürəm və əminəm ki, bu cür davam etməsinin ASAN ailəsinə heç bir faydası olmayacaq. Həm də "ASAN imza" bu vəziyyətdə mobil imza sahəsində ölkədə inhisarçı bir mühit formalaşdırmaqla, mürəkkəb mexanizmi ilə ASAN-nın da cavabdeh olduğu rəqəmsal transformasiya prosesinin inkişafını da ləngidəcək.

 

Çıxış yolu olaraq təklif edərdim ki, ASAN həqiqətən özünə aid olan, daha asan və rahat bir MOBİL İMZA HƏLLİ hazırlasın. Düşünürəm ki, "eGov" Mərkəzi və İnnoland yığışıb belə bir həll təklif edə bilərlər.


Bununla ASAN həm öz adını özünə qaytara bilərdi  həm də mobil imza sektorunda rəqabətli mühit formalaşdırıb qiymətləri endirə, vətəndaşlar üçün daha əlçatan və daha rahat, alternativ bir infrastruktur yarada bilərdi.


Yeri gəlmişkən, fikrimcə, təhlükəsizlik baxımından da bu, çox faydalı ola bilərdi.

 

Osman Gündüz

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş