Arxiyepiskop ittihamlara ironik reaksiya verib

Dünya

25.06.2025 - 12:47

cedabet dərman SEO Xidməti

Baqrat Qalstanyan: “Belə çıxır ki, biz terrorla məşğul olmuşuq”

Ermənistanda “Vətən uğrunda Tavuş” müxalif hərəkatının lideri, arxiyepiskop Baqrat Qastanyanın evində axtarışlar hələ də aparılmaqdadır.

AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, Qalstanyan axtarıx zamanı evinin eyvanında görünüb.

Arxiyepiskop jurnalistlərin baş verənlərla bağlı sualına eyvandan istehza ilə cavab verib: “Belə çıxır ki, biz terrorla məşğul olmuşuq. Sonra danışarıq", - deyə bildirib və, mənzilə girib.

Qeyd edək ki, Qalstanyan və tərəfdarları dövlət çevrilişinə cəhddə ittiham olunurlar. Ermənistan İstintaq Komitəsi hərəkatla bağlı cinayət işi açıb, araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş