Artilleriya bölmələrində ön müşahidə üzrə hazırlıq kursu keçirilir - VİDEO

Xəbərlər

26.04.2022 - 11:22

Həkimlər Klinikalar SEO Xidməti

Artilleriya kəşfiyyatçıları praktiki bacarıqlarını təkmilləşdirirlər

Cari il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilməsi davam edir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir.

Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda praktiki bacarıqlarını təkmilləşdirirlər.

Nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş