Armen Qriqoryan Hikmət Hacıyevlə görüşəcək

Xəbərlər

21.04.2026 - 13:55

Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Azərbaycan Prezidentinin köməkçisi ilə panel müzakirəsində iştirak edəcək

Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryan münaqişələrin idarə olunması üzrə panel müzakirəsi üçün Yunanıstana səfər edəcək. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Qriqoryan Yunanıstanda keçiriləcək iqtisadi forum çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edəcək.

Qriqoryan aprelin 22-də Yunanıstanın Delfi şəhərində keçiriləcək forumda iştirak edəcək. Panel müzakirəsi "Strateji ayırıcı xətlər: Münaqişələrin idarə olunması və Avropanın Şərq qonşuluğunda dayanıqlığın artırılması" adlanır.

 Qriqoryan və Hacıyevdən əlavə, paneldə Yunanıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Tanos Dokos və Moldova Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Stanislav Sekryeru da iştirak edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş