Arda Turan “Qalatasaray”a qayıdır

İdman

04.08.2020 - 02:54

33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq

 

Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı geri qaytarır.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, İstanbul klubu sabiq kapitanı ilə razılıq əldə edib.

 

Ötən mövsümün qış fasiləsində “Qalatasaray”a keçmək üçün “Başakşəhər”dən ayrılan Arda yarım illik gecikmə ilə “sarı-qırmızılar”a qoşulacaq. O, “Qalatasaray”la 2+1 illik müqavilə imzalayacaq.

 

Anlaşmada dəqiq maaşla bağlı bənd olmayacaq. 33 yaşlı yarımmüdafiəçi iştirak etdiyi hər qarşılaşma üçün 15 min avro alacaq.

 

Qeyd edək ki, Arda 2004-11-ci illərdə də “Qaıatasaray”ın formasını geyinib.

Müəllif: Ayna.az