Futbolçumuz İngiltərənin məşhur klubuna transfer olundu

İdman

07.08.2019 - 18:16

Futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb

 

İngiltərənin məşhur "Wolvehempton" futbol komandası Azərbaycanlı futbolçu Renat Dadaşovu heyyətinə cəlb edib.

 

AYNA xəbər verir ki, Portuqaliya klubundan transfer olunan futbolçu icarə əsasında əvvəlki komandasına geri dönüb.

 

20 yaşlı azərbaycanlı futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

 

Keçən mövsüm Portuqaliyanın Estoril komandasında 22 oyuna çıxan Dadaşov 4 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.

Image result for Azərbaycanlı futbolçu Renat Dadaşov

“Komandaya transferlər edəndə gələcəyi də düşünürük. Renatın da bu baxımdan gələcəkdə fantastik bir futbolçu olacağına ümid edirik. Çünki Renat möhtəşəm bir oyunçudur”, - deyə "Wolverhempton" klubunun baş məşqçisi qeyd edib.

Müəllif: Ayna.az