Con Delarj "Boluspor" klubuna transfer olunub
Mövsümün əvvəlində "Qarabağ"dan göndərilən Con Delarj Çexiyanın "Dinamo" klubundan da ayrılıb.
AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək. O, qonşu ölkənin "Boluspor" klubuna transfer olunub.
Qeyd edək ki, "Qarabağ" Delarjı ötən ilin iyulunda "Bursaspor"dan transfer etmişdi.