Araz və Kürdə brakonyerlik edənlər saxlanılıb

Xəbərlər

26.02.2026 - 13:51

Ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir

Araz və Kür çaylarında brakonyerlik edən şəxslər saxlanılıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Keçirilən tədbir zamanı Araz çayının İmişli rayonundan keçən hissəsində qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan M. Zeynalov saxlanılıb. Həmin şəxsdən ov alətləri və qanunsuz olaraq ovladığı müxtəlif növlərə aid balıqlar aşkarlanıb.

Eyni istiqamətdə su polisləri tərəfindən keçirilən növbəti tədbir zamanı Kür çayının Neftçala rayonundan keçən hissəsində analoji əməllərə yol verən Ş. Şirinov və R. Əhmədov da saxlanılıblar. Adı çəkilən şəxslərdən sintetik torlar, ov alətləri və qanunsuz ovlanmış balıqlar aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş