Hadisə nəticəsində 43 miqrant ölüb
Liviyanın Zuvara limanından İtaliyaya qanunsuz miqrantları daşıyan qayıq batıb. AYNA xarici mediaya istinadən bildirir ki, Liviya sahillərində qayığın batması nəticəsində 43 nəfər ölüb.
Tunisin sahil təhlükəsizlik xidmətinin əməkdaşları 84 nəfəri xilas edə biliblər. Həlak olanlar Misir, Eritreya və Sudan vətəndaşlarıdır.