İlin əvvəlindən 30 aptekdə yoxlama aparılıb
Bu il yanvarın 1-dən fevralın 14-dək 30, o cümlədən Bakı şəhərində 22, digər bölgələrdə 8 aptekdə yoxlamalar aparılıb.
Analitik Ekspertiza Mərkəzindən AYNA-ya verilən məlumata görə, yoxlamalar nəticəsində 58 adda, 90.4 qutu qeydiyyatsız və sertifikatsız dərman vasitələri müsadirə edilib.
İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib.