Almaniya və Böyük Britaniya Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu toplayacaq
Almaniya və Böyük Britaniya aprelin 11-də NATO-nun mənzil-qərargahında Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu toplayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu vəziyyət qeyri-adidir, çünki aprelin 3-dən 4-dək NATO-da Alyansın xarici işlər nazirlərinin planlaşdırılmış görüşü keçiriləcək.
ABŞ 2024-cü ilin sonunda qrup sədrliyindən imtina edənə qədər onun bütün görüşləri həmişə Alyans çərçivəsində planlaşdırılan nazirlərin görüşləri çərçivəsində keçirilirdi.