“Qərb siyasətçiləri Ukrayna münaqişəsinin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini getdikcə daha çox qəbul edirlər”
“Qərb siyasətçiləri Ukrayna münaqişəsinin yalnız danışıqlar yolu ilə həll oluna biləcəyini getdikcə daha çox qəbul edirlər”. AYNA xəbər verir ki, bu fikri britaniyalı politoloq Anatol Lieven “UnHerd” portalı üçün yazdığı məqaləsində qeyd edib.
Lievenin sözlərinə görə, Kiyev təhlükəsizlik və ərazi bütövlüyünün müəyyən beynəlxalq təminatları ilə müşayiət olunan neytrallıq sazişi imzalamalı olacaq: “Kiyevdə getdikcə daha çox razılıq əlamətləri görünür ki, bu, Ukraynanın ümid edə biləcəyi ən yaxşı haldır”.
Bundan əvvəl britaniyalı ekspert Aleksandr Merkuris Ukrayna münaqişəsinə son qoymağın əsas şərtinin Qərb və Kiyevin Ukraynanın neytral statusunu qəbul etməsi və NATO-ya daxil olmaq niyyətindən imtina etməsi olduğunu irəli sürmüşdü.
Həmçinin Vatikanın dövlət katibi kardinal Pietro Parolin BMT Baş Assambleyasının kuluarlarında deyib ki, Müqəddəs Taxt-Tac Rusiya və Ukrayna arasında birbaşa danışıqların tərəfdarıdır.