“Anadolu”nun əməkdaşı Qəzzada öldürülüb

Dünya

11.01.2025 - 00:42

Həkimlər Klinikalar SEO Xidməti

25 yaşlı operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb

Türkiyənin “Anadolu” agentliyinin ştatdankənar 25 yaşlı operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.

Agentliyin yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil yerə yıxıldığı görünür.

Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.

“Anadolu” iddia edir ki, Nabhan İsrail hərbçiləri tərəfindən bilərəkdən vurulub.

Müəllif: Ayna.az