“Demokratlar və onların mediadakı əsas tərəfdaşları Trampa sui-qəsd cəhdinə görə məsuliyyət daşıyırlar”
“ABŞ Demokrat Partiyasının nümayəndələri ölkə prezidentliyinə namizəd Donald Trampı hədəfə çeviriblər və buna görə də siyasətçiyə sui-qəsd cəhdlərinə görə məsuliyyət daşıyırlar”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Markori Teylor-Qren “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Demokratlar və onların mediadakı əsas tərəfdaşları Trampa sui-qəsd cəhdinə görə məsuliyyət daşıyırlar. Onlar Trampı hədəfə alıblar və çoxları açıq şəkildə onun öldürülməsinə çağırışlar edir”, - konqresmen yazıb.
Qren öz paylaşımında ABŞ-ın hazırkı Prezidenti Co Bayden, vitse-prezident Kamala Harris və bir çox konqresmendən sitatlar gətirib: “Onlar xüsusən də Trampı ölkə, demokratiya və nizam üçün “ekzistensial təhlükə” adlandırıblar. Bəzi senatorlar isə açıq şəkildə sabiq Prezidentin güllələnməsini istəyiblər”.