Zəlzələnin episentri Ankoricdən 535 kilometr şərqdə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib
ABŞ-ın Alyaska ştatında 5,7 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri Ankoricdən 535 kilometr şərqdə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.