Alp dağlarında faciə: 3 xizəkçi həlak olub

Dünya

14.02.2026 - 12:34

Onlar xizək sürmək üçün nəzərdə tutulmayan ərazidə qar uçqununa düşüblər

Fransanın Savua departamentində 3 xizəkçi həlak olub, 2 nəfər isə xəsarət alıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Alp dağlarında xizək sürmək üçün nəzərdə tutulmayan ərazidə qar uçqununa düşüblər.

Çevik müdaxiləyə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Həlak olanlardan ikisi Böyük Britaniya, biri isə Fransa vətəndaşıdır.

Digər ərazisində xizəkçi 2 metrlik qar yığınının altından sağ-salamat çıxarılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş